Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçdi

  • SpaceTV
  • 2 İyun 2020 10:27

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 23 nəfər ölüb.

SPACE TV xəbər verir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb

Nazir qeyd edib ki, son 24 saatda 31 525 şübhəli koronavirus testindən keçib, onlardan 827-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4563 nəfər ölüb, 164 769 nəfər bu infeksiyaya yoluxub, 128 947 nəfəri isə müalicə olunub. Bu gün daha 974 xəstə evə buraxılıb. 

Paylaş

 Xəbəriniz olsun