Türkiyədə ilk koronavirusa yoluxma qeydə alındı – NAZİR AÇIQLADI

  • Space TV
  • 11 Mart 2020 10:07

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.

SPACE TV  xəbər verir ki, xəstə kişidir. Türkiyə vətəndaşı olan həmin şəxs bu yaxınlarda Avropadan qayıdıb. Onun vəziyyəti sabitdir və karantinə yerləşdirilib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edir. Onlardan 80 924 nəfəri Çindədir.

Paylaş

 Xəbəriniz olsun