Türkiyədə iki əsgəri ildırım vurdu

  • Space TV
  • 28 Noyabr 2019 12:36

Türkiyədə iki hərbçini ildırım vurub.

SPACE TV-in xəbərinə görə, hadisə Hakkaridə yerləşən Davuş Təpə bazasında baş verib.

İldırım vuran hərbçilər vəfat edib.

Bundan başqa, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, 27 noyabrda Akçakalede PKK-nın minaatanlarla atəşi nəticəsində yaralanan iki əsgər də şəhid olub.

Paylaş

 Xəbəriniz olsun