Türkiyədə hərbçiləri daşıyan avtobus aşdı: Ölənlər var

  • SpaceTV
  • 27 İyul 2020 11:22

Türkiyənin Mersin vilayətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.

“Milliyet” xəbər verir ki, qəza nəticəsində beş hərbçi ölüb, 10 hərbçi xəsarət alıb.

Ölənlərin arasında avtobusu idarə edən sürücü də var.

Yaralılar Mut rayonun mərkəzi xəstəxanasına çatdırılıb.

Qəzanın başvermə səbəbi hələlik məlum deyil.

Paylaş

 Xəbəriniz olsun