Türkiyədə güclü zəlzələlər olacaq – XƏBƏRDARLIQ + FOTO

  • Space TV
  • 1 Mart 2021 14:44

Türkiyədə 6,4 və 6,7 bal gücündə zəlzələ olacaq.

Bunu türkiyəli professor Əhməd Övgün Ercan “Haber Global”a açıqlamasında deyib.

O, gözlənilən Mərmərə zəlzələsi barədə açıqlamalar verib:

“İki zəlzələ qeydə alınacaq. Biri İstanbulun qarşısında, Kiçikçəkməcənin qarşısında, təxminən 6,4 və 6,7 bal arasında, digəri isə Mərmərə Ereglisinin qarşısında 7-7,2 bal gücündə olacaq”.

Professor deyib ki, Türkiyənin keçmişinə baxdıqda ən çox dağıdıcı zəlzələlərin Şimali Anadolu qırılma xəttində meydana gəldiyi məlum olur.

Paylaş

 Xəbəriniz olsun