Türkiyədə güclü qar 300-dən çox yaşayış məntəqəsi ilə əlaqəni kəsib

  • SpaceTV
  • 21 Yanvar 2020 14:04

Türkiyədə yağan güclü qar Yozqat, Kayseri və Sivas vilayətlərində ümumilikdə 300-dən çox yaşayış məntəqəsi ilə əlaqənin kəsilməsinə səbəb olub.

SPACE TV  xəbər verir ki, həmin yaşayış məntəqələrində dərslər də dayandırılıb. Bəzi bölgələrdə qar örtüyünün bir metrədək çatdığı deyilir.

Hazırda yaşayış məntəqələri ilə əlaqənin bərpa olunması üçün işlər aparılır.

Paylaş

 Xəbəriniz olsun