Türkiyədə fabrikdə partlayış və yanğın: İnsanları xilas edə bilmirlər

  • SpaceTV
  • 3 İyul 2020 14:27

Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda fişəng istehsalı fabrikində partlayış baş verib. Partlayışdan sonra yanğın başlayıb.

Sondakika.com xəbər verir ki, başvermə səbəbi məlum olmayan partlayışın səsi 50 kilometr məsafədən eşidilib.

İnsanlar zəlzələ baş verdiyini hesab edərək, küçələrə axışıblar.

Əraziyə çox sayda tibb işçisi və yanğınsöndürən cəlb edilib.

150-200 işçinin fabrikdə olduğu bildirilir. Partlayışların hələ də davam etdiyi üçün xilasedicilər müdaxilə edə bilmirlər. Yaxınlıqda yaşayan insanlardan əraziyə gəlməmələri xahiş edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanin göstərişi ilə Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca və Ailə, Çalışma və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Selçuk hadisə yerinə gediblər.

Paylaş

 Xəbəriniz olsun