Son sutka ərzində Türkiyədə koronavirusdan 18 nəfər ölüb.
SPACE TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında məlumat yayıb.
Məlumatda bildirilir ki, ölkədə ümumilikdə COVID-19-dan ölənlərin sayı 5 115 nəfərə çatıb.
Bu gün həmçinin 1374 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Beləliklə, koronavirus xəstələrinin sayı198 613 nəfərə çatıb.