Türkiyədə dağa çıxan turist avtobusu aşdı, yaralılar var

  • SpaceTV
  • 18 Sentyabr 2020 17:32

Türkiyənin Alanya şəhərində içində rusiyalı turistlər olan avtobus qəzaya düşüb.

Spacetv.az xəbər verir ki, bu barədə hadisənin şahidi olan “E1” portalının redaktoru Sergey Panin məlumat verib.

Onun sözlərinə görə, dağlıq əraziyə qalxan, “Pegas Trustik” şirkətinə məxsus avtobus ağaca çırpılaraq yanı üstə aşıb.

Qəza nəticəsində yeddi nəfərin xəsarət aldığı bildirilir.

Paylaş

 Xəbəriniz olsun