Türkiyədə Azərbaycana dəstək aksiyası keçirildi

  • Space TV
  • 20 İyul 2020 11:44

Türkiyənin İstanbul şəhərində Azərbaycana dəstək aksiyası keçirilib.

SPACE TV  xəbər verir ki, aksiyada Türkiyədə yaşayan azərbaycanlılar və qardaş ölkə vətəndaşları iştirak ediblər.

“Can Azərbaycana canımız fəda” şüarı ilə baş tutan aksiyanın iştirakçıları Ermənistanın Tovuzda törətdiyi hərbi təxribata etirazlarını bildiriblər.

İzdihamlı aksiyada, həmçinin “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana” və “Qarabağa ədalət” şüarları səsləndirilib.

Paylaş

 Xəbəriniz olsun