Türkiyədə altı gün əvvəl partlayan fişəng zavodu yenidən alova büründü: Üç nəfər öldü

  • SpaceTV
  • 10 İyul 2020 09:52

Türkiyənin Sakarya vilayətindəki fişəng zavodunda yenidən partlayış baş verib.

TASS agentliyi vilayətin qubernatoru Çetin Oktay Yıldırımın açıqlamasına istinadən xəbər verir ki, partlayış nəticəsində zavodda işləyən üç nəfər ölüb, altı işçi yaralanıb.

Məlumatda qeyd olunur ki, hadisə partlayıcı maddələrin daşınması zamanı baş verib.

Xatırladaq ki, altı gün əvvəl də sözügedən zavodda güclü partlayış baş vermişdi. Hadisə nəticəsində 74 nəfər yaralanmış, iki işçi həyatını itirmişdi. 

Paylaş

 Xəbəriniz olsun