Türkiyədə ağır yol qəzasında 27 nəfər xəsarət alıb

  • Space TV
  • 8 Dekabr 2020 10:02

Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Spacetv.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

Məlumata görə, hadisə Dənizlinin Kale rayonunda qeydə alınıb. Belə ki, naringi və portağal əkin sahəsinin işçilərini daşıyan “20 AEA 299” dövlət nömrə nişanlı avtobus idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 27 nəfər xəsarət alıb. Hadisə yerinə çoxlu sayda jandarm, polis əməkdaşı, xilasedici və tibb işçisi cəlb edilib.

Yaralılar Kale Dövlət Xəstəxanasına çatdırılıb. Onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə yağışlı hava səbəb olub.

Paylaş

 Xəbəriniz olsun