Türkiyədə 6 gəmi yandı: Bir yaralı var – SON DƏQİQƏ

  • SpaceTV
  • 25 Yanvar 2020 13:28

İstanbulun Qartal qəsəbəsinin Dragos sahillərində gəmidə yanğın olub və digər gəmilərə yayılıb.

SPACE TV  türk mediasına əsasən xəbər verir ki, Dragos sahillərində gəmidə hələki səbəbi məlum olmayan yanğın baş verib. Alov qısa müddətdə daha 5 gəmiyə yayılıb.

Xəbərdarlıqdan sonra bölgəyə xilasetmə və təcili yardım maşınları sövq edilib. Bu vaxt yanğına müdaxilə etməyə çalışan bir nəfər yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Gəmilərdən partlayış səsi eşidilib.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra söndürülən 6 gəmi yararsız hala düşüb. 

Paylaş

 Xəbəriniz olsun