Türkiyədə 50 nəfər yeməkdən zəhərlənib

  • SpaceTV
  • 30 Noyabr 2019 15:34

Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib.

SPACE TV-in məlumatına görə, zəhərlənənlərin əksəriyyəti yerli universitet tələbələridir. Keyfiyyətsiz yeməkdən 10 inşaat işçisi də zəhərlənib.

Zəhərlənənlərdə qusma, başgicəllənmə, ürəkbulanma və ishal müşahidə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun