Türkiyə XİN: ABŞ Konqresinin üzvləri iki ölkə arasındakı münasibətlərə zərər vururlar

  • Space TV
  • 18 Dekabr 2019 10:25

ABŞ Konqresinin üzvləri Ankara ilə düşmənlik edən qüvvələrin təsiri altında  Türkiyə ilə ABŞ arasındakı əlaqələrə zərər verməyə davam edirlər.

“RİA Novosti” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.  

“Ölkəmizin üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini nəzərə almadan F-35 proqramında iştirakı əngəllənir, S-400-lə bağlı ölkəmizə sanksiya tələbi yenilənir, “Türk axını” layihəsinə qarşı çıxılır. Bütün bunlar Konqresin bizim suveren qərarlarımıza hörmətsiz yanaşmasından irəli gəlir”, – deyə XİN bildirib. 

Rəsmi Ankara təhdid, təzyiq və sanksiya dilinin Türkiyəni təhlükəsizlik uğrunda mübarizədən çəkindirməyəcəyinə əmin olduğunu ifadə edib:

“Heç kimin şübhəsi olmasın ki, Türkiyə əleyhinə yönələn addımlara qarşı adekvat cavablar veriləcək”.

Paylaş

 Xəbəriniz olsun