Türkiyə Xarici İşlər Nazirliyindən Ermənistana sərt XƏBƏRDARLIQ

  • Space TV
  • 16 İyul 2020 12:10

Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin ittihamlarına cavab verib.

space tv  xəbər verir ki, açıqlama Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında dərc edilib.

Açıqlamada qeyd olunur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar hərəkətlərini ört-basdır etmək üçün Türkiyəyə qarşı riyakar qaralama kampaniyası həyata keçirir:

“Azərbaycan torpaqlarında illərdir qanunsuz işğalını həyata keçirən Ermənistanın ikiüzlü münasibəti Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olmasına əngəl yaratmasını açıq-aşkar ortaya qoyur”.

Türkiyə XİN-in açıqlamasında daha sonra qeyd olunub ki, bu cür ittiham və iftiralarla xarici siyasət yürütmək nə bölgəyə, nə də Ermənistana fayda verəcək:

“Ermənistan hakimiyyəti ağlını başına yığıb Cənubi Qafqazda problemlərin deyil, həll yollarının bir hissəsi olmağı tez bir zamanda öyrənməlidir”.

Paylaş

 Xəbəriniz olsun