Türkiyə və Rusiya hərbçilərinin Suriyada birgə patrul xidmətinə başlayacağı tarix açıqlanıb

  • Space TV
  • 7 Mart 2020 15:02

Türkiyənin Müdafiə naziri Hulusi Akar Moskvada İdliblə bağlı əldə olunmuş razılaşma ilə bağlı açıqlama verib.

SPACE TV  türk mediayasına istinadən xəbər verir ki, nazirin məlumatına görə, martın 15-dən etibarən Suriyada M4 avtomobil yolunda Türkiyə və Rusiya hərbçiləri birgə patrul xidmətinə başlayacaqlar.

H. Akar qeyd edib ki, qarşıdakı həftənin əvvəlində Rusiya hərbi heyəti Ankaraya səfər edəcək.

Paylaş

 Xəbəriniz olsun