Türkiyə tanklarını Suriya sərhədinə göndərdi

  • Space TV
  • 6 Fevral 2020 14:16

Türkiyənin müxtəlif ərazilərindəki hərbi birləşmələrdən sərhədə göndərilən tankları daşıyan TIR-lar Qaziantep şəhərinin Nurdağı rayonuna çatıb.

Bu barədə “Hürriyyet” məlumat yayıb.

Məlumata görə, hərbi maşın karvanı Hatay vasitəsilə Suriya ərazisinə göndəriləcək. Sərhədə göndərilən tanklar Cilvegözü sərhəd-buraxılış məntəqəsindən keçərək, Türkiyə ordusunun Suriyadakı baza bölgələrində yerləşdiriləcək.

Paylaş

 Xəbəriniz olsun