Türkiyə-Suriya sərhədində 12 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib

  • SpaceTV
  • 16 Sentyabr 2019 13:47

Türkiyə-Suriya sərhədində yerləşən Çobanbəy qəsəbəsində terror aktı törədilib. Hadisə zamanı ən azı 12 nəfər terror aktının qurbanı olub.

Space TV Türkiyənin rəsmi saytına istinadla xəbər verir ki, Hələb inzibati ərazisinə daxil olan bir yük maşınında yerləşdirilmiş bomba partladılıb.  Nəticəsədə isə 12 nəfər ölüb, 25 nəfər yaralanıb.

Hadisə Çobanbəy qəsəbə xəstəxanasının yanındakı avtomobil parkında baş verib. Hadisə yerinə gələn mülki müdafiə dəstələri güclü partlayış nəticəsində çökən evlərin dağıntıları altında insanların çıxarılması əməliyyatını həyaya keçirirlər. Ölü sayının artacağı da ehtimal olunur.

Paylaş

 Xəbəriniz olsun