Türkiyə Suriya ilə sərhəddə terror dövlətinin yaranmasına imkan vermədi – Ərdoğan

  • Space TV
  • 23 Noyabr 2019 11:36

Türkiyə Suriyanın şimalında terror dövlətinin yaranmasına imkan vermədi.

SPACE TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin “Barış pınarı” antiterror əməliyyatını şərh edərkən deyib.

Türkiyə lideri İzmirdə çıxış edərkən YPG və PKK-nı nəzərdə tutaraq, Türkiyə ilə sərhəddə dövlət qurmaq istəyən qüvvələrin məğlubiyyətə düçar olduqlarını elan edib.

Çıxışının davamında Ərdoğan sərhəd ərazilərdə terrorçuların silah anbarlarının aşkarlandığını, ərazidə tapılan silahların ordu tərəfindən yığıldığını bildirib.

Paylaş

 Xəbəriniz olsun