Türkiyə sahillərində ikiyə bölünən gəmi ilə bağlı axtarışlar yenidən başladıldı – FOTO

  • Space TV
  • 18 Yanvar 2021 16:07

Türkiyənin Bartın vilayətinin sahillərində “Arvin” yük gəmisinin batdığı ərazidə axtarış-xilasetmə əməliyyatı bərpa edilib.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Bildirilir ki, itkin düşən beş ekipaj üzvünün axtarışları yenidən başladılıb.

Əməliyyatda Türkiyə Sahil Mühafizəsi və hökumətin Fövqəladə Hallar İdarəsi iştirak edir. Ancaq güclü qar xilasedicilər və texniklərin hərəkətlərini son dərəcə çətinləşdirib.

Xatırladaq ki, yanvarın 17-də Gürcüstanın Poti limanından Bolqarıstana yollanan Rusiyaya məxsus yük gəmisi Qara dənizin Türkiyə sahillərində batıb. Hadisə Bartın vilayəti bölgəsində baş verib. Gəmidə rusiyalı və ukraynalılardan ibarət 12 heyət üzvü olub. Onlardan 6-sı xilas edilib.

Suda üç nəfərin cəsədi görülüb. Onlardan ancaq birini çıxarmaq mümkün olub. Əlverişsiz hava şəraiti digər iki nəfərin cəsədinin çıxarılmasına mane olub.

Paylaş

 Xəbəriniz olsun