Türkiyə sahillərində 4.5 bal gücündə zəlzələ qeydə alınıb

  • SpaceTV
  • 4 Sentyabr 2019 13:07

Aralıq dənizinin Türkiyə sahillərində Rixter cədvəli ilə 4.5 bal gücündə zəlzələ baş verib.

Space TV Xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb. Bildirilir ki, sentyabrın 4-də yerli vaxtla saat 04.01-də (Bakı vaxtı ilə 05.01) qeydə alınan yeraltı təkan Muğla vilayətinin Marmaris rayonunda güclü hiss olunub.

Paylaş

 Xəbəriniz olsun