Türkiyə Rusiyanın COVID-19 əleyhinə peyvəndini istehsal etmək istəyir

  • Space TV
  • 11 Noyabr 2020 14:04

Türkiyə əczaçılıq istehsalçıları Rusiyanın koronavirus əleyhinə “Sputnik V” peyvəndinin istehsalında maraqlıdırlar.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin başçısı Mixail Muraşko türkiyəli həmkarı Fəxrəddin Qoca ilə danışıqlarının yekunu barədə açıqlama verərkən deyib.  

“Türkiyə Səhiyyə Nazirliyinin başçısı, toksikoloji tədqiqatları apardıqdan sonra türk dərman istehsalçılarının müəssisələrində “Sputnik V” peyvəndinin istehsalının təşkilində maraqlı olduğunu bildirib”, – deyə M.Muraşko bildirib.

Tərəflər həmçinin, COVID-19-un yayılması ilə bağlı vəziyyəti qiymətləndirib.

Paylaş

 Xəbəriniz olsun