Türkiyə Respublikasının Milli Bayramı – 19 May Atatürkü Anım, Gənclik və İdman bayramı Gəncə şəhərində də qeyd edilib

  • SpaceTV
  • 19 May 2020 16:50

Türkiyənin Gəncədəki Baş Konsulluğunda bu ölkənin Milli Bayramı – 19 May Atatürkü anım, Gənclik və İdman Bayramı münasibətilə keçirilən görüşə  şəhər ictimaiyyətinin bir qrup nümayəndələri və gənclər qatılıb. Tədbirdə çıxış edən Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Türkiyənin milli azadlıq mücadiləsindən, bu mücadilənin öndəri böyük Atataürkün ideyalarından danışıb. O, qeyd edib ki, bu il bu bayram tarixı məlum pandemiya şəraiti ilə bağlı kiçik görüş formasında baş tutsa da qardaş ölkələrimizin ümumi amal və hədəfləri haqda bir daha söhbət açmaq hər birimizin borcudur.

Çıxışçılar həmçinin  19 May Atatürkü Anım, Gənclik və İdman bayramını hər iki ölkənin ümumi qürur tarixi kimi səciyyələndiriblər.

ZAKIR MURADOV  SPACE TV

Paylaş

 Xəbəriniz olsun