Türkiyə parlamentindən Azərbaycana dəstək: Partiyalar ortaq açıqlama yaydı

  • Space TV
  • 17 İyul 2020 09:48

Azərbaycan və Ermənistan arasındakı gərginliyin artdığı günlərdən Türkiyədən Azərbaycana dəstək gəlməyə davam edir.

space tv xəbər verir ki, daha bir dəstək Türkiyə parlamentindən gəlib. “AK Parti”, “CHP”, “MHP” və “İYİ Parti” millət vəkilləri ortaq açıqlama yayımlayaraq Ermənistanın Azərbaycana qarşı hücumunu qınayıblar. Açıqlamada qeyd edilib ki, Ermənistan BMT Təhlükəsizlik Şurası qərarlarına əməl etməli və işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidirlər:

“Türkiyə parlamenti olaraq Ermənistan ordusunun 12 iyuldan başlayaraq Azərbaycanın Tovuz bölgəsinə etdiyi gücumu şiddətlə qınayırıq. Ermənistan səhv yoldadır”.

Paylaş

 Xəbəriniz olsun