Türkiyə parlamentində koronavirus yayıldı

  • Space TV
  • 26 İyun 2020 16:26

Türkiyədə TBMM-nin (Türkiyə Böyük Millət Məclisi) deputatı koronavirusa yoluxub.

Sondakika.com xəbər verir ki, virusa yoluxan millət vəkilinin HDP üzvü olduğu bildirilir.

Parlament binasında sözügedən partiyanın yerləşdiyi mərtəbədə xadimədə də koronavirusun aşkar edildiyi qeyd olunur.

Partiyadan bildirilib ki, yoluxma hallarının bir müddətdir Məclisdə artdığı görünür. Virusa yoluxan deputatın həkim nəzarətində olduğu və vəziyyətinin yaxşılaşdığı deyilsə də, onun kimliyi açıqlanmayıb.

Paylaş

 Xəbəriniz olsun