Türkiyə ordusu İraqın şimalını bombaladı

  • SpaceTV
  • 3 İyul 2020 16:34

Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr İraqın şimalına raket zərbələri endirib.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Əməliyyat İraqın şimalında yerləşən Dahuk əyalətində həyata keçirilib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı “Qartal caynağı” əməliyyatına başlayıb.

Paylaş

 Xəbəriniz olsun