Türkiyə ordusu Əsəd qüvvələrini bombaladı – Onlarla hərbçi həlak oldu / SON DƏQİQƏ

  • Space TV
  • 13 Fevral 2020 10:56

Türkiyə ordusunun əməliyyatları nəticəsində Suriya rejiminin daha 55 əsgəri həlak olub.

SPACE TV  xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı Suriya ordusuna məxsus bir neçə hədəf yerlə bir edilib.

Qeyd edək ki, Suriya qüvvələrinin İdlibdə yerləşən Türkiyə ordusuna məxsus müşahidə məntəqələrini atəşə tutması nəticəsində ümumilikdə 12 hərbçi həlak olub. Cavab hücumları nəticəsində ümumilikdə 300-dən çox suriyalı hərbçi zərərsizləşdirilib.

Paylaş

 Xəbəriniz olsun