Türkiyə millisinin növbəti rəqibləri kimdir?

  • SpaceTV
  • 15 Noyabr 2019 13:17

Türkiyə Milli Futbol komandası İslandiya ilə 0-0 hesablı heç-heçədən sonra Avro 2020-nin final mərhələsinə vəsiqəni təmin edib.

SPACE TV  xəbər verir ki, bu bərabərlik sayəsində xalları 20-ə çatan türklərin ən yaxın izləyici İslandiya ilə arsındakı xal sayı 4-ə qalxıb.

Lider Fransa ilə arasında iki xal fərqi olan Türkiyə millisi qrupu ilk pillədə də başa vura bilər.

Türkiyə millisinin AVRO-2020-nin final mərhələsindəki rəqibləri isə 30 noyabr tarixində Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək püşkatmada bəlli olacaq.

AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanan Belçika, İtaliya, İspaniya, Rusiya, Polşa, Fransa, Ukrayna və İngiltərə milli komandaları Türkiyənin mümkün rəqibləridir.

Paylaş

 Xəbəriniz olsun