Türkiyə millisinin gənc ulduzu “Liverpul”a keçə bilər

  • Space TV
  • 1 Fevral 2021 17:19

İngiltərənin “Liverpul” klubu türkiyəli futbolçu Ozan Kabakı transfer etmək istəyir.

Bu barədə Türkiyə mətbuatı yazıb.

“Şalke” klubu türkiyəli gənc ulduzun transfer qiymətini 30 milyon avro müəyyən edib. “Liverpul” isə “Şalke”nin gənc oyunçusunu icarəyə götürmək istəyir. Transferin həyata keçməsi “Şalke”nin Ozan Kabakın yerini doldurub-doldurmayacağından asılı olacaq. Belə ki, transfer pəncərəsinin qapanmasına çox az müddət qalıb və belə olan halda Almaniya klubu türkiyəlinin əvəzinə yeni transfer həyata keçirməlidir.

Paylaş

 Xəbəriniz olsun