Türkiyə millisində dəyişiklik – 9 futbolçu heyətdən çıxarıldı

  • SpaceTV
  • 16 Noyabr 2019 11:34

Avro-2020-yə vəsiqəni təmin edən Türkiyə milli komandasının heyətində dəyişiklik edilib.

SPACE TV xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunda Andorra ilə görüşdən əvvəl 9 futbolçunu heyətdən çıxarıb.

Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Əvəzində yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Paylaş

 Xəbəriniz olsun