Türkiyə Milli Müdafiə Nazirliyindən Xocalı soyqırımının görüntüləri ilə Ermənistana reaksiya

  • SpaceTV
  • 30 Sentyabr 2020 18:03

Türkiyə Milli Müdafiə Nazirliyi 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımla bağlı görüntüləri paylaşıb.

Nazirliyin “Twitter” hesabından edilən paylaşımda Ermənistanın bu gün də mülki vətəndaşları qətlə yetirdiyi qeyd edilir:

“Uşağa, qadına, yaşlıya baxmadan Xocalıda soyqırım törədən, Azərbaycan torpaqlarını işğal edən Ermənistan indi bir daha bütün dünyanın gözü qarşısında günahsız mülki əhalini hədəf alır.

Ermənistan bu gün də 30 il əvvəl etdiyi kimi sülh və əmin-amanlığın düşməni kimi davranır”.

Nazirlik eyni zamanda, Azərbaycana dəstək paylaşımı da edib:

https://twitter.com/tcsavunma/status/1311276240582705153?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1311276240582705153%7Ctwgr%5Eshare_3&ref_url=https%3A%2F%2Foxu.az%2Fwar%2F426335
Paylaş

 Xəbəriniz olsun