Türkiyə Milli Müdafiə Nazirliyi: Ermənistan işğal etdiyi torpaqları əsl sahibinə qaytarmalıdır

  • Space TV
  • 10 Oktyabr 2020 17:09

Azərbaycan Ordusu işğal altındakı torpaqlarını azad etmək üçün böyük qəhrəmanlıq göstərərək böyük uğurlar qazanıb.

Spacetv.az xəbər verir ki, bu fikirlər Türkiyə Milli Müdafiə Nazirliyinin Twitter hesabında türk və ingilis dillərindəki edilən paylaşımda əksini tapıb. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən çəkilmiş fotonun da yer aldığı paylaşımda deyilir: “Artıq Ermənistan işğal etdiyi torpaqları əsl sahibinə qaytarmalıdır. Bu addım atılanadək azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.

Paylaş

 Xəbəriniz olsun