Türkiyə məktəblərində tətil müddəti uzadıldı

  • Space TV
  • 29 Aprel 2020 13:48

Türkiyədə təhsil müəssisələrinin bu il mayın 31-dək bağlı qalmasına qərar verilib.

SPACE TV xəbər verir ki, bu barədə Milli Təhsil Naziri Ziya Səlcuq mətbuat konfransında bildirib.

Nazir deyib ki, bu müddətdə onlayn təhsilə davam ediləcək. O, bu dərs ilinin itirilmiş hesab olunmayacağını bildirib.

Paylaş

 Xəbəriniz olsun