“Türkiyə Liviyada təhlükəli oyun oynayır, reaksiyamız sərt olacaq” – Makrondan Türkiyəyə təhdid

  • Space TV
  • 23 İyun 2020 10:26

Fransa prezidenti Emmanuel Makron Tunis prezidenti Qeys Səid ilə ortaq keçirilən mətbuat konfransında Türkiyənin Liviyadaki rolundan narahat olduğunu bildirib.

SPACE TV  xəbər verir ki, Makron Türkiyəni “təhlükəli oyun” oynamaqla günahlandırıb. Fransa lideri Türkiyənin Liviyada oynadığı oyunun Berlin konfransında verilən vədlərə zidd olduğunu düşündüyünü və bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da dediyini ifadə edib.

Türkiyənin Liviyada irəlləməsinə icazə verməyəcəyini deyən Makron Türkiyəyə reaksiyalarının sərt olacağını bildirib.

Qeyd edək ki, Fransa və Türkiyənin Liviyadakı daxili müharibədə mövqeləri ziddir. Türkiyə BMT-nin tanıdığı Tranlusdakı Beynəlxalq Sülh Höküməti (UMH) dəstəkləyir. Fransa isə ölkənin şərqindəki general Haftara dəstək verir.

Paylaş

 Xəbəriniz olsun