Türkiyə koronavirusla bağlı vətəndaşlarına xəbərdarlıq etdi

  • SpaceTV
  • 26 Fevral 2020 15:41

Türkiyə Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İtaliya və İraqa səfər etməməyə çağırıb.

SPACE TV  xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN-in Mətbuat Xidməti yayıb.

“İtaliya və İraqda koronavirus (COVID-19) hadisələrində və bu virusdan qaynaqlanan ölümlərdə son günlərdə artım müşahidə edilir. Bu çərçivədə vətəndaşlarımızı zərurət yaranmadığı təqdirdə İtaliya və İraqda koronavirusa yoluxma hallarının qeydə alındığı bölgələrə səyahət etməmələri tövsiyə olunur”, – məlumatda vurğulanıb.

Paylaş

 Xəbəriniz olsun