Türkiyə klubunun baş məşqçisi və futbolçuları koronavirusa yoluxdu

  • Space TV
  • 20 İyun 2020 15:32

Türkiyənin “Akhisar Bələdiyyəspor” futbol klubunun baş məşqşisi Yılmaz Vuralda və əsas heyətin üç futbolçusunda koronavirus infeksiyası aşkar edilib.

“Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, bu gün klubun yaydığı açıqlamada qeyd olunur ki, baş məşqçi və üç futbolçudan əlavə, texniki heyətin yeddi üzvünün də test nəticələri müsbət çıxıb.

Ümumulikdə, klubda 11 nəfər COVID-19 virusuna yoluxub.

“Akhisar Bələdiyyəspor”dan verilən məlumatda bildirilib ki, klubun bütün futbolçularının və texniki heyətin 14 günlük karantinə yerləşdirilməsi nəzərdə tutulur.

Paylaş

 Xəbəriniz olsun