Türkiyə klubu zəlzələyə görə çempionatdan kənarlaşdırıldı

  • Space TV
  • 7 Fevral 2020 16:28

Türkiyənin “Elazığspor” klubu mübarizə apardığı II diviziondan çəkilib.

SPACE TV Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 24-də Elazığ şəhərində 6,8 bal gücündə baş verən zəlzələdən sonra yerli klub çempionatdan çəkilmək istəyini bildirmişdi.

Türkiyə Futbol Federasiyası 26 yanvarda edilən müraciətə müsbət cavab verib. Qərara əsasən, “Elazığspor” növbəti – 2020/2021 mövsümündən etibarən yenidən çempionatda mübarizə apara biləcək.

Belə ki, cari mövsümün sonrakı matçlarında “Elazığspor”a 0:3 hesablı texniki məğlubiyyət verilsə də, komanda daha aşağı diviziona düşürülməyəcək.

Qeyd edək ki, indiki duruma görə “Elazığspor” II divizionun “Qırmızı” qrupunda 16 xalla XVI sırada qərarlaşıb.

Paylaş

 Xəbəriniz olsun