Türkiyə İraqın şimalinda PPK-ya qarşı yeni əməliyyata başlayıb

  • SpaceTV
  • 24 Avqust 2019 15:55

Space TV Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri avqustun 23-də İraqın şimalinda Sinat-Haftan rayonunda PPK-ya qarşı yeni əməliyyata başlayıb.

Bu barədə Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir. Məlumata əsasən, həmin rayonda sərhədin təhlükəsizliyinin təminatı, terrorçuların və onların sığınacaqlarının məhv edilməsi “Pəncə-3” adlanan əməliyyatın əsas məqsədidir.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri və pilotsuz uçan aparatları, həmçinin “Fırtına” artilleriya sistemləri cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun