Türkiyə İdlibdə daha bir şəhid verdi, 2 yaralı var – İdlibin vurulma anı

  • Space TV
  • 29 Fevral 2020 11:43

Türkiyə səhəri yenə şəhid xəbəri ilə açdı.

SPACE TV  xəbər verir ki, Əsəd rejimi qüvvələri ötən gün meydana gələn və 33 əsgərin ölümünə səbəb olan hava hücumundan sonra növbəti dəfə hücuma keçib.

Xain hücumda 1 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

İdlibdə olan Türk əsgərinə hücumdan sonra, 8 tankın, 4 zirehli döyüş maşınının, 5 haubitsanın və 2 çox lüləli raket qurğusunun və 56 rejim elementinin zərərsizləşdiriilib.

Həmçinin Hələb şəhərindən 13 kilometr cənubda yerləşən kimyəvi döyüş obyekti, raket buraxılışları ilə dolu bir hərbi vasitə, rejim əsgərlərinin tapıldığı və gizlədildiyi yerlər atəş dəstək elementləri ilə məhv edilib.

Paylaş

 Xəbəriniz olsun