Türkiyə hökuməti yerli şirkətlərə “Twitter”də reklam verməyi qadağan etdi

  • Space TV
  • 19 Yanvar 2021 14:15

Türkiyə hökuməti yerli şirkətlərin “Twitter”də reklam vermələrini qadağan edib. Səbəbi şirkətin “sosial şəbəkələrin tənzimlənməsi haqqında” yeni qanuna görə ölkədə nümayəndəlik təyin etməməsidir.

Bu barədə “Hürriyet” xəbər yayıb.

Qeyd edək ki, ötən ilin iyul ayında Türkiyə Parlamenti “sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun qəbul etdi. Buna əsasən, bir milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkədə nümayəndəlik açmalıdır və rəhbəri də Türkiyə vətəndaşı olmalıdır.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərinin müavini Ömər Fatih Sayyan “Facebook” və “Instagram”ın bu tələbləri yerinə yetirmək qərarına gəldiklərini və ölkədə ofis açdıqlarını deyib.

Paylaş

 Xəbəriniz olsun