Türkiyə Dardanel boğazını beynəlxalq gəmilərə bağladı

  • SpaceTV
  • 29 Oktyabr 2019 10:55

Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.

SPACE TV xəbər verir ki, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.

Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.

Paylaş

 Xəbəriniz olsun