Türkiyə Böyük Millət Məclisinin açılışında Azərbaycana dəstək mesajı

  • SpaceTV
  • 1 Oktyabr 2020 16:37

Türkiyədə Yeni Qanunvericilik ili ilə bağlı parlamentdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop nitqində Azərbaycana dəstək mesajı verib.

Spacetv.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər yayıb.

Onun sözlərinə görə, Türkiyə beynəlxalq aləmdə hər zaman hüququn, qanuniliyin tərəfdarı olub:

“Ermənistanın sentyabrın 26-da Azərbaycana hücumları ilə bağlı böyük kədərimizi bildirmək istəyirəm. Şəhidləri rəhmətlə anır və yaralananlara təcili şəfa diləyirəm. Türkiyə haqq mübarizəsində, vətən müdafiəsində bundan sonra da Azərbaycanın yanında olacaq”.

M.Şentop bildirib ki, Türkiyənin dəstəyi Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də açıq şəkildə bildirilir.

“Bu qətiyyət sentyabrın 28-də bir daha TBMM-də nümayiş olundu. Ermənistanın işğal etdiyi torpaqları ən qısa müddətdə tərk etməsinin zəruriliyini bir daha ifadə etmək istərdim”, – deyə o bildirib.

Paylaş

 Xəbəriniz olsun