Türkiyə Azərbaycandan qaz alışını 20 faizə qədər artırıb

  • Space TV
  • 24 Fevral 2021 15:46

Türkiyə Azərbaycandan təbii qaz idxalını 20 faizə qədər artırıb.

Bu barədə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Agentliyi tərəfindən məlumat verilib.

2020-ci ilin dekabr ayının göstəricilərinə görə, Azərbaycan Türkiyəyə 1 milyard 102 milyon kubmetr təbii qaz ixrac edib. Bununla da ölkəmiz Rusiyadan sonra Türkiyəyə ən çox ixrac həyata keçirən ikinci ölkə olub.

Dekabr ayının göstəricilərinə əsasən Rusiya Türkiyəyə 2 milyard 948 milyon kubmetr təbii qaz ixrac edib. Azərbaycandan sonra ixrac həcminə görə 818 milyon kubmetr təbii qaz ilə İran gəlir.

Müvafiq dövr ərzində Azərbaycan Türkiyəyə qaz ixracını 18,9 faiz artırıb. Həmçinin Rusiyanın da bu ölkəyə qaz ixracında artım müşahidə edilib – 56,4 faiz. İran isə ixrac həcmini dörd faiz azaldıb.

Paylaş

 Xəbəriniz olsun