Türkiyə-Azərbaycan təlimlərində F-16 qırıcıları və PUA-lar hədəflərə zərbə endiriblər

  • Space TV
  • 11 Fevral 2021 14:54

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının da iştirak etdiyi “Qış təlimi-2021” adlı birgə təlimlərinin Müşahidəçilər günü keçirilir.

Spacetv.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Təlimlərdə F-16 qırıcıları və zərbə PUA-ları müəyyən edilmiş hədəflərə dəqiqliklə zərbə endiriblər.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qış təlimi-2021”i izləmək üçün Qarsa gedib.

https://twitter.com/tcsavunma/status/1359808557785505792?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1359808557785505792%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fherbi-xeberler%2Fturkiye-azerbaycan-telimlerinde-f-16-qiricilari-ve-pua-lar-hedeflere-zerbe-endiribler%2F
Paylaş

 Xəbəriniz olsun