Türkiyə Avropa Birliyinə meydan oxuyacaq – Daha bir gəmi göndərilir

  • Space TV
  • 10 Dekabr 2019 11:50

“Fatih” və “Yavuz” qazma gəmilərinin ardından Aralıq dənizinə 3-cü qazma gəmisini də göndərəcək.

SPACE TV türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən televiziyada açıqlama verib. O bildirib ki, 3-cü qazma gəmisindən təkcə Aralıq dənizindəki əməliyyatlarda deyil, Qara dənizdə də istifadə edilməsi planlaşdırılıb.

Rəsmi Ankara bu addımı ilə Brüsselin xəbərdarlıqlarına qarşı Avropa Birliyinə meydan oxumuş olacaq. 3-cü qazma gəmisinin alınması üçün Norveç şirkətlərinin nəzərdə tutulduğu bildirilir.

Paylaş

 Xəbəriniz olsun