Türkiyə Almaniya ilə, İspaniya Portuqaliya ilə qarşılaşacaq

  • Space TV
  • 7 Oktyabr 2020 13:52

Bu gün bir sıra ölkələrin futbol üzrə milli komandaları yoldaşlıq görüşləri keçirəcək. 

Spacetv.az-ın məlumatına görə, Azərbaycan yığmasının UEFA Millətlər Liqasındakı rəqiblərindən Lüksemburqun, Kiprin və Monteneqronun da matçı olacaq. Onlar müvafiq olaraq Lixtenşteyn, Çexiya və Latviyanı qəbul edəcəklər. 

2021-ci ildə Bakıda keçiriləcək Avropa çempionatının A qrupunda mübarizə aparacaq Türkiyə millisi Almaniyanın qonağı olacaq. Günün maraqla gözlənilən qarşılaşmasında Portuqaliya və İspaniya komandaları üz-üzə gələcək. 

Son dünya çempionu Fransa Ukraynanı qəbul edəcək. Avropanın digər nəhəng komandalarından İtaliya Moldovanı, Niderland Meksikanı sınağa çəkəcək. 

Yoldaşlıq görüşləri: 

20:00. Kipr – Çexiya

20:00. Monteneqro – Latviya

22:15. Lüksemburq – Lixtenşteyn

22:45. Almaniya – Türkiyə 

22:45. İtaliya – Moldova

22:45. Niderland – Meksika

22:45. Polşa – Finlandiya

22:45. Portuqaliya – İspaniya

22:45. İsveçrə – Xorvatiya

23:00. Fransa – Ukrayna

Paylaş

 Xəbəriniz olsun