Türkiyə ABŞ və Rusiyanı razılaşmaya əməl etməyə dəvət edib

  • SpaceTV
  • 7 Dekabr 2019 11:28

Türkiyənin Xarici İşlər naziri Hami Aksoy bəyan edib ki, Rusiya ilə ABŞ razılaşmalara əməl etməyəcəyi təqdirdə Suriyadakı hərbi əməliyyatlar bərpa edilə bilər. 

SPACE TV xəbər verir ki, XİN başçısı bu barədə jurnalistlərin suallarına cavab verərkən bildirib.

“Terrorçuları təhlükəsizlik zonasından təmizləməyənə qədər Suriyanı tərk etməyəcəyik”, – türkiyəli diplomat deyib. 

H.Aksoy Türkiyə ordusunun apardığı hərbi əməliyyatlar nəticəsində 370 min məcburi köçkünün öz ölkəsinə qayıtdığını bildirərək, yanvarın 8-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Rusiya Federasiyasının başçısı Vladimir Putinin Suriya ətrafında baş verən hadisələri müzakirə edəcəklərini də xatırladıb. 

Paylaş

 Xəbəriniz olsun