Türkiyə 10 min yoluxma sayına ən tez çatan ölkə oldu

  • SpaceTV
  • 1 Aprel 2020 12:22

Covid-19 adlandırılan yeni növ koronavirus Türkiyədə sürətlə yayılır.

SPACE TV xəbər verir ki, Türkiyə artıq 10 min yoluxma sayına ən sürətlə çatan ölkə olub. Belə ki, hətta İtaliyada 10 min yoluxma halı təxminən 40 gündə qeydə alınmışdı, Türkiyədə isə bu 20 gündür. Ən çox ölümün meydana gəldiyi İtaliyada ilk 20 gündə sadəcə 3 yoluxma meydana gəlmişdisə, sonradan bu kəskin şəkildə artmışdı.

ABŞ isə 10 min yoluxma sayına 2 ay sonra çatıb.

Qeyd edək ki, bugünə olan məlumatlara görə, Türkiyədə virus səbəbindən 168 nəfər ölüb, 10 min 827 yoluxma halı reallaşıb.

Paylaş

 Xəbəriniz olsun