Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 130 nəfər saxlanılıb

  • SpaceTV
  • 15 Avqust 2019 15:09

Türkiyənin İzmir şəhərinin Çeşmə və Dikili rayonlarında ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 130 nəfər saxlanılıb.

Space.TV –nin Xarici Mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıqlar vasitəsilə Yunan adalarına keçmək istədikləri məlum olub.

Saxlanılanlardan 25-i qadın, 30-u uşaqdır. Əksəriyyətinin Suriya, Fələstin və Somali vətəndaşı olduğu bildirilən köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

Paylaş

 Xəbəriniz olsun